Məhərrəm ayının vaxtı bəlli olub  

media-hightechnic-468x90

Məhərrəm ayının başlanma və Aşura gününün tarixi məlum olub.

Yenicag.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqvimə əsasən bu il Məhərrəm ayı sentyabrın 22-də başlayır.

Aşura günü isə oktyabrın 1-ə təsadüf edir. Bildirilir ki, ənənəvi olaraq Azərbaycanda Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir.

Bununla bağlı QMİ Qazılər Şurasının fətvası da olacaq.

Bu il Qədir-Xum bayramı isə sentyabrın 9-da qeyd ediləcək.

Yenicag.az

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600