Məhərrəmlik mərasimindən- Video

media-hightechnic-468x90

82244Məhərrəm-səfər əyyamının ikinci gününü yaşamaqdayıq. Əhli-beyt (ə) sevərlər Vətəni olan Azərbaycanımızın hər bir guşəsində İmam Hüseynin (ə) və qəhrəman silahdaşlarının Kərbəlada şəhid olmasının anım mərasimlərinin keçirilməsinə başlanılıb.
Əza mərasimlərinə davam edən İçərişəhər “Cümə” məscidinin dini icması əzadarlıq mərasimi keçirib.

Mərasim müqəddəs kitabımız Qurani-Kərimin tilavəti ilə açılıb. Daha sonra Əhli-beyt (ə) aşiqləri dini yaradıcılıq qrupunun zakir və mərsiyaxanları nohə və mərsiyələr oxuyub, sinəzənlik edilib. Mərasimdə İmam Hüseynə (ə) həsr edilmiş rövzə oxunduqdan sonra İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu İmam Hüseyn (ə) aşiqləri qarşısında çıxış edib. Hacı İlqar sözlərinin əvvəlində əza mərasimlərində gənclərin fəallağına diqqət çəkərək bunu yüksək qiymətləndirib.

Daha sonra Hacı İlqar Əhli-beyt (ə) məktəbinin 3 mühüm sütunu, Qədir-Xum, Aşura və Zühur kimi fenomenlərə toxunaraq bu üç sütun arasındakı əlaqələrin mahiyyətindən danışıb:

“Əgər biz Aşuranı dərk etmək istəyiriksə, Qədir-Xumu və gələcək baxımından Zühuru anlamalıyıq. Birinci mühüm məqam budur; təhlilçilər deyir ki, Zühuru anlamaq üçün Qədir-Xumun mərifətini anlamaq lazımdır. İkinci mühüm məqam isə budur ki, müntəzir Aşuranı əməli baxımdan anlamalıdır”.

“1.Qədir-Xumu anlamadan Zühur müntəziri ola bilmərik. 2. Aşuranın zühurla əlaqəsi budur ki, Aşuradadakı kimi mövlalarının ardınca şəhadətə qədər gediləcəksə, Zəmanə Sahibinin (əf) həqiqi ardıcılı olmaqdan danışıla bilər”, – deyə xütbədə vurğulanıb. Sonda Hacı İlqar dualar etmiş, Qarabağımızın və Qüdsümüzün azadlığı, müşküllərin həlli, hər bir əməlimizin və aqibətimizn Hüseyni olması Uca Allahdan dilənmişdir.

Xatırladaq ki İçərişəhər “Cümə” məscidinin dini icması Məhərrəm-Səfər əyyamının gəlməsi münasibətilə silsilə tədbirlərinə başlayıb. Bu məqsədlə yüzlərlə fəalı Məhərəmin birinci gecəsinin ilk saatlarında toplanaraq, Şüvəlandakı “Mir Mövsüm Ağa” ziyarətgahına yollanmış, burada əzadarlıq və ziyarət gerçəkləşmişdir. (deyerler.org)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600