Məhərrəmlikdə qurban kəsmək olarmı?
Hazırda müsəlmanların matəm ayı kimi qeyd etdiyi “Məhərrəm” ayı olduğundan bir çox şadlıq və bənzəri mərasimlərin keçirilməsi məhdudlaşdırılıb. İslam dinində buna qarşı qadağa olmasa da bu, mənəvi borc olaraq icra edilir. Maraqlıdır, bəs Məhərrəm ayında əvvəlcədən deyilmiş qurbanların kəsilməsi və nəzirlərin verilməsi nə dərəcədə düzgündür? Bunun hər hansı günahı varmı?
Məsələyə aydınlıq gətirən Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli modern.az-a açıqlamasında deyib ki, Məhərrəm ayında qurban kəsilməsinə qadağa yoxdur:
“Ümumiyyətlə, bu ay üçün hər hansı bir qadağa yoxdur. Və əgər bir insan əvvəlcədən hər hansı bir səbəbdən qurban nəzir deyib və onun icrası bu aya təsadüf edirsə, onun kəsilməsində hər hansı narazalıq doğuran məqam qeyd olunmur. Əksinə qurban deylibsə, Məhərrəm ayında olsa belə onun kəsilməsi vacibdir”.