Məhkəmə saxlanılan Adnan Əhmədzadə barədə qərar verdi

media-hightechnic-468x90

SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə həbs olunub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Səbail rayon məhkəməsində Adnan Əhmədzadə barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

Xatırladaq ki, Adnan Əhmədzadə futbol dünyasına yaxın şəxs kimi də tanınır. O, “Barselona” klubunun rəhbərliyi, eləcə də Lionel Messi də daxil olmaqla bir neçə dünya futbol ulduzu ilə dostluq edir. Bundan başqa, A.Əhmədzadənin sahibi olduğu şirkətlərdən biri 1-ci liqada yarışan “Mingəçevir” klubunun sponsorudur.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa