Məhkəmədən maraqlı qərar…
Yenicag.Az xəbər verir ki, Almaniyanın Rhein Pfalz əyalətində olan Trier İdarə Məhkəməsi uzunqulaqlarla bağlı bir qərar verdi. Məhkəmə bir uzunqulağın tək yaşamasının doğru olmadığına, və öz cinsindən olan ən az bir heyvanın daha yanında olmasının lazım olduğuna dair hökm oxudu.
Məhkəmənin qərarına əsasən uzunqulaqların ictimai ünsiyyətə ehtiyacları olan heyvanlar olduğu bildirilir və fermalarda tək başına saxlanması heyvan haqqlarına zidd olduğu deyilir. Rhein-Pfalz əyalətinin Bernkastel-Wittlich bölgəsində baytar yoxlamalar əsnasında fermada tək qalan uzunqulağın hərəkətlərində qeyri-normallığın olduğunu müəyyən etdi.
Ardından Yerli İdarəetmə tərəfindən yazılı olaraq ferma sahibinə bir uzunqulaq daha alması lazım olduğu deyildi. Həmçinin, Yerli İdarəetmə heyvanın rahatlığı üçün 500 m² lik bir sahə ilə təmin edilməsini də ferma sahibindən tələb edildi.
Qeyd edək ki, ferma sahibi bu qərar ilə razılaşmadığına görə, bu problemi məhkəmə yolu ilə həll etmək istədilər.