Məhkum oğluna telefon keçirməyə cəhd etdi-Foto

media-hightechnic-468x90

72859Bakıdakı 12 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşya keçirmək cəhdinin qarşısı alınıb. Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, əməliyyat Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilib.

Keçirilən axtarış-baxış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Anar Oktay oğlu Alaverdiyevin yanına qısamüddətli görüşə gəlmiş anası, Sumqayıt şəhəri, yataqxana 9, məhəllə 41, ev 7, mənzil 19 ünvanında yaşayan vətəndaş Səmayə Musa qızı Əhmədovanın üzərinə və əşyalarına baxış keçirilib.

Baxış zamanı onun əl çantasından 1 ədəd “Nokia” markalı mobil telefon aparatı və “Nar” danışıq kartı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Anar Alaverdiyev Cinayət Məcəlləsinin 289.2 və 66.5 maddələrinə əsasən azadlıqdan məhrum edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600