!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mehriban Əliyeva şəhid zabitin ailəsinə mənzil verdi

!Reklam – Yazi

Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə şəhid zabitin ailəsi yeni mənzillə təmin olunub.

Yenicag.az-ın məlumatına görə, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi ilə 2016-cı il aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun ailəsi yeni mənzil verilib.

Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova oxu.az-a bildirib ki, bununla bağlı qərar bu gün ailəyə çatdırılıb.
N.Axundova bildirib ki, yeni iki otaqlı mənzil Bakının Nərimanov ərazisində yerləşir:
“Heydər Əliyev fondunun nümayəndələri ilə bu gün görüşdük. Məsələ ilə bağlı verdikləri reaksiyaya görə onlara təşəkkür edirəm. İnanırdım ki, Mehriban xanım bu məsələni diqqətdən kənarda qoymayacaq. Övladlarımı dövlətimin qayğısı sayəsində saxlayıram. Bütün bunlara baxmayaraq, ümid edirəm ki, Şərurlu İsfəndiyar öz layiqli cəzasına çatacaq”.
Qeyd edək ki, aprel şəhidi, polkovnik-leytenant Sənan Axundovun ailəsinə məxsus ev əllərindən alınıb. Bu barədə Ali Məhkəmə qərar çıxarıb. Şəhid ailəsindən onlara məxsus olan evə görə 100 min manat pul istənilib.
Məlumata görə, S. Axundov şəhid olmamışdan bir neçə il əvvəl Kamran MMC-nin tikdiyi binadan 50 kvadratmetr yer götürüb, sonra “Kamran MMC”nin işçiləri barəsində cinayət işi başlanılıb və binanın 11 mərtəbəsini biznesmen Şərurlu İsfəndiyar alıb.
İş adamı həmin binada əlavə beş mərtəbə də tikib. Şərurlu İsfəndiyar isə sakinlərlə şərt kəsib. Deyib ki, binadakı mənzillər üçün onun istədiyi qiymət ödənilməlidir.
Məhkəmə proseslərindən biri Sənan Axundov sağ olanda baş tutub. Qərar Axundovlar ailəsinin lehinə olub. Lakin Ali Məhkəmə Şərurlu İsfəndiyarı müdafiə edib və şəhid ailəsini evsiz qoyub

Qeyd edək ki, bu günlərdə Ali Məhkəmə “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun iddiası əsasında şəhid zabit Sənan Axundovun ailəsinin əlindən 50 kvadratmetrlik mənzilin alınması haqqında qərar çıxarıb.

Yaranmış vəziyyətlə əlaqədar Heydər Əliyev Fondunun nümayəndələri şəhid zabitin ailəsi ilə görüşüb və Vətən uğrunda döyüşlərdə həlak olmuş Sənan Axundovun xatirəsinin əziz tutulması, onun ailəsinin üzləşdiyi probleminin həlli ilə bağlı Fondun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Bakının Nərimanov rayonunda yeni mənzillə təmin olunduqlarını bildiriblər.

www.yenicag.az

3262
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv