Mehriban Xanlarova: “Narkoloji Dispanserə buna görə getmişdim”
“Mən evimdə-eşiyimdəyəm, heç kəs məni Narkoloji Dispanserə yerləşdirməyib”.
Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist, aktrisa Mehriban Xanlarova Narkoloji Dispanserə yerləşdirilməsi ilə bağlı yayılan xəbərlərə cavab olaraq deyib.
Qeyd edək ki, aktrisa dünən Narkoloji Dispanserdən video paylaşıb və bu video sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Aktrisanın Narkoloji Dispanserə yerləşdirildiyini iddia edənlər olub.
Mehriban Xanlarova dipanserə getməsinin əsl səbəbini açıqlayıb:
“Hamı zəng edir, hamı mənə deyir nə olub? Hətta qonşum gəlib evdə mənimlə söhbət edib gedib. Mən evimdə-eşiyimdəyəm, heç kəs məni Narkoloji Dispanserə yerləşdirməyib. Mən Narkoloji və Psixi Dispanserə getdim ki, mənim düşmənlərim nəsə deyəndə alnım açıq olsun. Sabah analizlərimin cavabını da sizlərlə paylaşacağam”.
Cəvahir












