!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mehriban Xanlarova: “Qurbanım qəbul olundu, buna görə ehsan verəcəm”

!Reklam – Yazi

“Demişdim, qapısı qıfıllı qalan teatrımız açılsın, qurban kəsib paylayacam. Allah səsimi eşitdi. Qurbanım qəbul olundu”.

Bu sözləri teatrların açılması ilə bağlı verilən qərara münasibət bildirərkən Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Mehriban Xanlarova Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa oktyabrın 1-i gözləyir:

“Teatrlarımız oktyabrın 1-də açılacaq. İnşallah həmin gün qurban kəsib, paylayacam, teatrda ehsan verəcəm. Zarafat deyil, pandemiya səbəbindən iki ilə yaxındır ki, teatra gedə bilmirdik, aktyorlar tamaşaçı nisgili ilə yaşayırdılar. Doğma sənət məbədimiz üçün Burnumuzun ucu göynəyirdi. Artıq bizi sevən tamaşaçılarımızla görüşmək üçün sayılı günlər qalıb”.

Uzun müddətdir ki, məşq prosesindən və səhnədən kənar düşən bəzi sənət adamları pandemiya dönəmində artıq çəki alaraq formalarını itirblər. Mehriban Xanlarova isə necə var, elə qaldığını bildirib:

“Şükür Allaha formam da yerindədir, görünüşüm də. Səhnəyə çıxandan sonra daha da formada olacağıq. Seriallara da çəkiləcəm, teatrda tamaşalarımı da oynayacam”.

Cəvahir

www.yenicag.az

597
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv