Məkkənin zirvəsindən Kəbə belə görünür – “Yeni Çağ”ın dünyanın ən hündür saat qülləsindən VİDEOREPORTAJI

media-hightechnic-468x90

Məkkədə ümrə ziyarətində olan “Yeni Çağ” Media Qrupunun baş redaktoru Aqil Ələsgər dünya miqyasında həm hündürlüyünə, həm də saat üzlərinin ölçüsünə görə rekordçular sırasında olan Məkkə Kral Saat Qülləsini ziyarət edib, ən üst mərtəbəsindən reportaj hazırlayıb.

Yenicag.az xəbər verir ki, Məkkə Kral Saat Qülləsi müqəddəs Məscidül-Həramın dərhal yanında yerləşən “Abraj Al-Bayt” kompleksinin mərkəzi və ən hündür qülləsidir.

Bu möhtəşəm tikili yalnız memarlıq ölçüləri ilə deyil, həm də dini, mədəni və iqtisadi baxımdan da xüsusi önəm daşıyır. Qüllə həm zəvvarların ehtiyaclarına cavab verən funksional mərkəz, həm də müqəddəs şəhərin siluetini müəyyənləşdirən simvolik abidədir.

“Abraj Al-Bayt” 7 qüllədən ibarətdir; Saat Qülləsi onların içində ən ucasıdır və 601 metr yüksəkliyindədir. Qüllənin yuxarı hissəsində hilal formalı dekorativ element yerləşir və gecələr xüsusi işıqlandırma ilə aydınladılır.

Saatın üzü dörd tərəfə baxır və hər üzün diametri təxminən 43 metrdir ki, dünyada bu böyüklükdə ikinci saat yoxdur. LED işıqlandırma sayəsində 25 km məsafədən belə görünə bilər. “Allah” kəlamı və İslam motivli bəzəklər saatın dizaynında yer alır.

Məkkə Kral Saat Qülləsinin ən yuxarı mərtəbələrində yerləşən “Makkah Clock Tower Museum” həm elmi-maarifləndirici məzmunu, həm də panoramik müşahidə imkanı ilə müqəddəs şəhəri yeni perspektivdən təqdim edən unikal məkandır. Muzey zamanın ölçülməsi, İslam astronomiyası və hicri təqvimi kimi mövzuları müasir nümayiş texnologiyaları ilə izah edir, xüsusi rəsədxana isə hilal müşahidəsində rəsmi heyətə xidmət göstərir.

Məkkə Kral Saat Qülləsinin ən gözəl tərəflərindən biri də odur ki, ümrə və ya həcc ziyarətlərindən sonra Məkkədə qalıb, ancaq Beytullahı təkrar canlı-canlı görmək istəyənlər üçün çox gözəl fürsət imkanıdır. Belə ki, Saat Qülləsinin teras və Kəbə istiqamətində olan pəncərələrindən Kəbəni rahat bir şəkildə görmək olur. Bu da Kəbə həsrətində olan müsəlmanlar üçün böyük nemətdir.

Yuxarıda qeyd etdiyimiz kimi, “Yeni Çağ” Media Qrupun baş redaktoru Aqil Ələsgər məhz o anı yaşamaq üçün Məkkə Kral Saat Qülləsinin zirvəsinə qalxıb. Aqil Ələsgərin hazırladığı həmin videosüjeti təqdim edirik:

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa