Məktəbdə 8 Mart üçün pul yığılır: Bu dəfə həm də kişi müəllimlərə hədiyyə alınacaq - İDDİA/SƏS YAZISI

media-hightechnic-468x90

Azərbaycanda orta ümumtəhsil müəssisələrindən birində valideynlərdən pul yığıldığı iddia edilir.

Yenicag.az xəbər verir ki, bununla bağlı səs yazısı sosial şəbəkələrdə paylaşılıb. Belə ki, səs yazısında valideynlərdən qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibətilə müəllimlər üçün 50 manatdan pul yığıldığı deyilir.

Valideynlərə göndərilən səs yazısında deyilir:

“8 Marta görə müəllimlərlə danışmışam. Həm kişilər üçün, həm qadınlar üçün yığılacaq. Kişilərin hədiyyəsi Novruz bayramında veriləcək, qadınlarınkı isə 8 Martda. Müəllimlərin sayını bilmirəm hələ. Hərəsinə 50 manatdan verəcəyik. Mən hesablayım, görüm, adama nə qədər düşür, deyəcəyəm, gətirin verin”. /Oxu.az/

Həmin səs yazısını təqdim edirik:

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600