Məktəbdən qayıdanda donaraq öldü

media-hightechnic-468x90

qarli_kendYeniyetmə avtobusa minmək istəmədi, öldü

Rusiyanın İrkutsk vilayətinin Nukutsk rayonunda məktəbli qonşu kənddə yerləşən evlərinə qayıdarkən yolda donaraq ölüb.

3 yeniyetmənin itkin düşməsi barədə polis bölməsinə gecəyarı xəbər verilib.

Altarik qəsəbə məktəbinin sosial pedaqoqu polisə deyib ki, dərsdən sonra uşaqlar məktəb avtobusunu gözləməyərək Şalotı kəndinə piyada yola düşüblər.

Məktəbin müəllimləri, yerli sakinlər və polislər uşaqları axtarmağa başlayıblar.

90 nəfərin olduğu axtarış qrupu 14-16 yaşlı uşaqları tapıb. Onlardan ikisi donub və ağır vəziyyətdə imiş. Üçüncü uşaq isə meşə massivində ölü tapılıb. O, donaraq ölüb.

Son günlər İrkutskda havanın temperaturu mənfi 20 dərəcədən qalxmır.

(news.milli.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600