!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məktəblərdə daha bir PROBLEM: “Şagird sıxlığı təhsilin keyfiyyətinə təsir edir”

!Reklam – Yazi

“Yeni məktəb şəbəkələri, yaxud da məktəblərin ərazisində yeni korpuslar tikilməlidir ki, bu sıxlıq aradan qaldırılsın”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında orta məktəblərdə şagird sıxlığı və bunun dərs keyfiyyətinə göstərdiyi təsir barədə danışan təhsil məsələləri üzrə ekspert Elşən Qafarov deyib.

Onun sözlərinə görə, ümumtəhsil məktəblərində şagirdlərin yuxarı norması müəyyən olunmayıb.

“Nazirlər Kabinetinin 20 iyun 2022-ci il 212 saylı şagird sıxlığı normaları qərarı var. Bir sinif üçün şagird sayı ilə bağlı norma 20 nəfər müəyyən edilib. Ümumtəhsil məktəblərində şagirdlərin yuxarı norması müəyyən olunmayıb”, – deyə o qeyd edib.

Məktəbə hazırlıq qruplarından danışan ekspert bildirib ki, şəhər yerlərində ən azı 15, kənd yerlərin 10 uşaqla bu qruplar yaradılırsa, maksimal hədd 30 uşaqdır.

“Lakin ümumtəhsil məktəblərində siniflərlə bağlı bu hədd yoxdur. Bu hədd olmadığına görə də xüsusilə urbanizasiyaya daha çox məruz qalmış ərazilər, şəhər yerlərində (Bakı, Abşeron, Sumqayıt və digər mərkəzi şəhərlərdə E.Q) problemlər yaşayırıq. Ona görə də ilkin növbədə yeni mıktəblər tikilməlidir”, – deyə o əlavə edib.

E.Qafarov bildirib ki, hazırda ölkənin bütün resursları Qarabağın işğaldan azad olunmuş ərazilərin bərpasına yönəldilib.
“Yeni məktəb şəbəkələri, yaxud da məktəblərin ərazisində yeni korpuslar tikilməlidir ki, bu sıxlıq aradan qaldırılsın. Çünki bölgələrimizdə tikilən məktəblər boş qalıb, şəhərdəki məktəblərdə dediyimiz həmin sıxlığı yaşayırıq”, – deyə o vurğulayıb.

E.Qafarov qeyd edib ki, dərsin keyfiyyətinə təsir göstərən ilk amil müəllim peşəkarlığı, ikincisi şagird sıxlığıdır:

“Müəllim peşəkarlığı ilə yanaşı, şagird sıxlığı üst-üstə düşməyəndə orada tədrisin keyfiyyətindən danışmaq olmur. Bu gün hər dörd məktəbdən biri sıxlıqdan iki növbədə işləyir. İki növbə işləyən məktəblərdə də o problemlər yaşanır. Düşünürəm ki, iki növbəli məktəblərdə və şagird sayı daha çox-25-30-dan yuxarı olan məktəblərdə bu ciddi problemdir və dərsin keyfiyyəti sual altındadır. Yeni məktəb şəbəkələri, məktəbin ərazilərində yeni korpuslar tikilməlidir. Bu gün lazım olanı dövlət edir. Təkcə bu il üçün 29, ötən il 45 məktəb tiklib. Düşünürəm ki, sözügedən problem zamanla aradan qalxacaq”.

İsmayıl Bakuvi

www.yenicag.az

631
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv