Məktəblərdə dərslərin müddəti 40 dəqiqə olacaq? – RƏSMİ

media-hightechnic-468x90

Son günlər sosial şəbəkələrdə və mediada məktəblərdə dərs müddətinin 45 dəqiqədən 40 dəqiqəyə endiriləcəyi ilə bağlı yayılan xəbərlər geniş müzakirələrə səbəb olub.

media-banner_tuq

Yenicag.az məsələ ilə əlaqədar olaraq Elm və Təhsil Nazirliyi ilə əlaqə saxlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nə əsasən, ümumi təhsil müəssisələrində dərslərin davametmə müddəti 45 dəqiqədən az olmamalıdır.

Əlavə olaraq qurumdan verilən məlumata görə, dərslər arasında fasilənin müddəti 5-10 dəqiqə, uzun fasilələrin müddəti isə (2 və ya 3 dərsdən sonra) 10-30 dəqiqə təşkil edir. Bir böyük fasilə isə 2 və 3 dərsdən sonra müddəti 20 dəqiqə olan iki fasilə ilə əvəzlənir.

“Hazırda sözügedən sənədə dəyişiklik edilməsi məsələsi müzakirə mövzusu deyil”,- nazirlikdən bildirilib./Modern/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05