!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məktəblərdə psixo-seksual problemlər.. - Tanınmış psixoloqdan çıxış yolları

!Reklam – Yazi

Zaman dəyişir, mobil dünya təkcə böyüklərin deyil, uşaqların da aləminə yol açır. Nahaq yerə demirlər ki, uşaqlar valdieynlərindən çox zəmanəyə bənzəyirlər. Bəs zəmanə uşaqları məktəbdə özlərini necə aparırlar? Xüsusən də keçid dövründə, hormonların inkişaf etdiyi ərəfədə əks-cinslə necə davranır, necə ünsiyyət qururlar?

Tanınmış klinik psixoloq, “Müasir psixologiya mərkəzi”nin rəhbəri Aidə Sübhanın sözlərinə görə, bu məsələdə vəziyyət dəhşətlidir.

Bizim “Müasir psixologiya mərkəzi”nə daha çox xalası, bibisi ilə müraciət edən məktəbli qızlar var. Bəzən anası ilə gələnlər də olur. Amma fikirlərini bizə təklikdə deyirlər. Özünəqapanan, heç kimlə ünsiyyət qurmaq istəməyən yeniyetmə qızlarımızı dinləyəndə çox təəssüflənirik. Hər birinin öz hekayəsi var. Çoxu da eyni sözləri deyir: “Anama sözümü deyə bilmərəm. Məni ya təhdid edəcək, ya da atama deyəcək. Çox qorxuram. Hətta bəzən fikirləşirəm ki, özümü öldürüm”. Baxın, valideyn, xüsusən də analar qızları ilə rəfiqə olmağı bacarmasalar, bu, ailənin faciəsi ilə bitə bilər.

Oğlan və qız uşaqlarına izah olunmalıdır ki, ümumiyyətlə heç kim onların bədənlərinə toxunmamalıdır. Kiminsə onların bədənlərinə toxunmasına qadağa qoyulmalıdır. Ailəsində xoşbəxtlik, anlaşma tapa bilməyən uşaqlar bunu başqa insanların yanında axtarmalı olacaqlar. Ona görə də istər qız, istərsə də oğlan olsun, fərq etmir, övladlarınızı dinləyin, onun dostu olun. Əks halda, çox gec olacaq.

COP29

www.yenicag.az

240
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv