Məktəblərə hücumların planlaşdırılmasında iştirak edən şəxslər HƏBS EDİLDİ

media-hightechnic-468x90

 

Rusiya Federasiyası Təhlükəsizlik Xidməti (FSB) məktəblərə silahlı hücumlar planlaşdırmaqda şübhəli bilinən şəxslərin saxlanılmasını əks etdirən videomaterial yayıb.

Yenicag.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, FSB Daxili İşlər Nazirliyi, İstintaq Komitəsi və Rusiya Milli Qvardiyası ilə birgə ölkənin 81 bölgəsində gənclər arasında zorakılıq, kütləvi qətllər və intihar ideologiyalarının yayılmasının qarşısını almağa yönəlmiş profilaktik və xəbərdaredici tədbirlər həyata keçirib.

Barnaul şəhərində əcnəbi bir şəxs əsas kilsəni yandırmağa cəhd göstərərkən saxlanılıb. Həmçinin, Moskvada və Tümen şəhərində təhsil müəssisələrinə silahlı hücumlar, eləcə də Kemerovo, Rostov-na-Donu və Yoşkar-Ola şəhərlərində zorakı aksiyalar hazırlamaqda şübhəli bilinən altı nəfər tutulub.

Yayımlanan videoda həmin şəxslərin mənzillərində saxlanılması, həmçinin odlu silahlar, neonasist və terror təşkilatlarına aid simvolların aşkarlandığı görüntülər yer alıb. Bundan əlavə, Sevastopolda dövlətə xəyanətdə ittiham olunan iki nəfər də FSB tərəfindən saxlanılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600