Məleykə Abbaszadə: "Ötən illə müqayisədə ərizələrin sayında təqribən 12 min artım var"

media-hightechnic-468x90

“Bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçən abituriyentlərin sayı 130 mindən artıqdır”.

media-banner_tkm

Yenicag.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, ötən illə müqayisədə ərizələrin sayında təqribən 12 min artım var:

“Bu, ilk növbədə 2025-ci ildə məzun olan abituriyentlərin sayının çoxluğu ilə bağlıdır. Bu il buraxılış imtahanlarında 116 mindən çox şagird iştirak edib. 2024-cü ildə ali təhsil müəssisələrinə ərizə qəbulunun sayı 118 503, 2025-ci ildə isə 130 641 olub. Ötən illə müqayisədə 12 138 ərizə çox qəbul olunub. Ötən il buraxılış imtahanlarında iştirak edənlərin sayı 107 586, bu il isə 119 296 nəfər olub”./oxu.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05