!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məmmədyarov və Rəcəbov dünya çempionuna qarşı

!Reklam – Yazi

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da iştirak etdikləri nüfuzlu “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü – “Meltvater” turnirinin ikinci yarış günündə növbəti 5 turun oyunları keçiriləcək.

Yenicag.az xəbər verir ki, Şəhriyar Məmmədyarov altıncı turda FİDE təmsilçisi Alireza Firuzca ilə qarşılaşacaq. Sonrakı oyunda şahmatçımız hazırkı dünya çempionu Maqnus Karlseni qara fiqurlarla sınağa çəkəcək. Ş.Məmmədyarov növbəti 3 qarşılaşmada ispaniyalı David Anton Quixarro, isveçli Nils Qrandelius və niderlandlı Aniş Giri ilə üz-üzə gələcək.

Teymur Rəcəbov ilk qarşılaşmada amerikalı Hikaru Nakamura, daha sonra niderlandlı Yorden Van Forest, fransalı Maksim Vaşye-Laqrav və Alireza Firuzca ilə mübarizə aparacaq. Şahmatçımızın son qarşılaşması Maqnus Karlsen ilə baş tutacaq. T.Rəcəbov dünya çempionuna qarşı ağ fiqurlarla mübarizə aparacaq.

www.yenicag.az

570
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv