“Məncə, azərbaycanlılar sevinməlidir ki, ….”

media-hightechnic-468x90

96623İtaliyanın “İnter” klubunun və Xorvatiya millisinin müdafiəçisi Marselo Brozoviçin müsahibəsi:

– Azərbaycan milli komandası ilə eyni qrupda yer alırsız. Artıq qrupda növbəti oyunlara start verilib. Ümumiyyətlə, qrup haqqında fikirləriniz necədir?

– Məncə, asan qrup deyil. Bütün komandalar digərindən xal ala bilər. Yaxşı komandalar yer alıb.

– Millimizlə ilk oyunu xatırlayırsız?

– Əlbəttə. 6:0 hesabı ilə qalib gəlmişdik. Həmin oyunu çox yaxşı keçirmişdik. Yığma komandada ilk qolumu da məhz sizin milli komandanızın qapısına vurmuşdum.

– Azərbaycan yığması haqqında fikirləriniz necədir?

– İlk oyunda 6:0 hesabı ilə qalib gəlməyimizə baxmayaraq komandanız mübarizə aparmışdı. Orada elə oyunçular var ki, istedadlıdır. Sadəcə problem ondandır ki, sizin futbolçular hamısı daxili liqada mübarizə aparır. Onlar digər ölkələrə üz tutub təcrübə yığsalar, o zaman milliniz də irəli gedər.

– Necə düşünürsünüz, bizim milli komanda qrupda neçənci yer tuta bilər?

– Azərbaycanlılar üçün əsas rəqib yəqin ki, Norveç və Bolqarıstan yığmalarıdır. Bu komandalarla oyunda yaxşı tərəfdən özlərini göstərə bilsələr, 3-cü pillənin sahibi ola bilərlər. 12 iyunda səfərdən xalla qayıtmağı bacarsalar, yaxşı olacaq.

– Xorvatiya və İtaliya konkret olaraq favoritdirlər…

– Əlbəttə ki, bu iki komandanın gücünü danmaq olmaz. Digərləri bizə qarşı oynamaq üçün çox çalışmalıdırlar.

– Robert Prosineçki Azərbaycan millisinə baş məşqçi təyin olundu. Onun haqqında nə bilirrsiniz?

– Prosineçki bizim əfsanəmizdir. Xorvatiyada onu hamı sevir. Böyük klublarda çıxış edib və o top sehrbazı olub. Biz gənc nəsil ondan çox şey öyrənməliyik. Məncə, azərbaycanlılar sevinməlidir ki, milli komandalarını elə bir baş məşqçi çalışdırır.

– Sizcə, komandamız onunla uğur qazana bilər?

– O, hər zaman qalibdir. Bunu danmaq olmaz. Sizin futbolçular Prosineçkidən çox şey öyrənəcəklər. O, əlindən gələni edəcək ki, komandanız qalib olsun. İnanıram ki, Azərbaycan millisi bundan sonrakı matçlarda qalib gələcək. Xorvatiyaya qarşı matçdan başqa, digər oyunlarda mən Prosineçkiyə görə sizə azarkeşlik edəcəm.

– Serbiya – Azərbaycan oyununu izləyə bildinizmi?

– Yox. Çünki hazırda biz yalnız İtaliyaya qarşı keçirəcəyimiz matçı fikirləşirik(qafqazinfo).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600