Meneceri səfirin 22 minini oğurladı

media-hightechnic-468x90

98b0e3ae-109a-4abb-b894-f52c2e6bb4fe_292Küveytin Azərbaycandakı səfirinin bank kartından pul mənimsəyən şəxs saxlanılıb.

Azərbaycan Beynəlxalq Bankının Bank Fəaliyyətinin Təhlükəsizliyini təmin edən əməkdaşı Nəsimi Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək cari il iyun ayının 1-dən avqust ayının 18-dək olan müddətdə Küveytin Azərbaycandakı səfirinin bank kartından 22484 ABŞ dollarının silinməsini bildirib. Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində pulun Küveyt səfirliyinin ictimai əlaqələr üzrə mütəxəssisi tərəfindən internet vasitəsi ilə oğurlanması müəyyən edilib.

Araşdırmalar aparılır.

Qeyd edək ki, Küveytin Azərbaycandakı səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumidir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa