!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mənşəyi məlum olmayan 390 kilo ət tapıldı -  TÜKÜRPƏDİCİ VİDEO

!Reklam – Yazi

11:27

Polis orqanları tərəfindən əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Növbəti belə tədbirlər DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən keçirilib və nəticədə mənşəyi məlum olmayan xeyli miqdarda ət məhsulları aşkar edilərək götürülüb.

İdarədən Yenicag.az-a verilən məlumata görə, sentyabrın 26-da saat 8 radələrində BDYPİ YPXA-nın Qaradağ rayonu ərazisində yerləşən postunda Biləsuvar rayon sakini Əli Quliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

Polis əməkdaşları tərəfindən avtomobilin yük yerindən mənşəyi məlum olmayan, çəkisi 300 kiloqram ət aşkar edilərək götürülüb.

Elə həmin gün saat 11 radələrində BDYPİ YPXA-nın 6-cı tağımının əməkdaşları tərəfindən Bakı-Qazax yolunun 14-cü kilometrliyində Lənkəran rayon sakini Elnur Miriyevin idarə etdiyi “VAZ-21015” markalı avtomobil də nəzarət qaydasında saxlanılıb. Polis əməkdaşları avtomobilin yük yerindən mənşəyi məlum olmayan, çəkisi 40 kiloqram toyuq və 50 kiloqram mal əti aşkar ediblər. YPX əməkdaşları tərəfindən bu barədə aidiyyəti qurumlara dərhal məlumat verilib.

Götürülmüş ət məhsulları yoxlanılması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarına təhvil verilib.

www.yenicag.az

5425
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv