!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mənsurə seriallarda NİYƏ YOXDUR? - “Təklif gəlib, razılaşmışam, amma…”

!Reklam – Yazi

“Çox sevdiyim TV layihələrdə, seriallarda yoxam, amma kinodan təkliflər alıram”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktrisa Mənsurə Əhmədova deyib.

Çoxdandır seriallarda görünməyən Mənsurə bunun səbəblərini açıqlayıb:

“Hətta rol böyük olmasa da belə, təklifləri qəbul edirəm, çünki dəyərlidir və obraz olaraq da maraqlıdır. Amma TV-dən də təbii ki, təkliflər olub, olur. Elə “Ata ocağı” bitəndən dərhal sonra da təklif gəldi. Sadəcə, nə şərtlər, nə də keyfiyyət baxımından ürəyimcə olmadığından, qəbul etmədim.

Şərtlər uyğun, eyni zamanda layihənin özü keyfiyyətli, ürəyəyatımlı olmalıdır.
Əgər bunların heç biri yoxdursa, qəbul etmirəm. Bir də elə olur, vaxt qane etmir, alınmır.

Yaxud da təklif gəlib razılaşmışam, amma müəyyən səbəblər üzündən layihə yarımçıq qalıb. Çəkilməyinə çəkilirəm, işimi görürəm, amma TV-lərdə, serialda ürəyimə yatan bir təklif hələ ki yoxdur”.

Cəvahir

COP29

www.yenicag.az

399
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv