Mer qəzaya düşdü-Video
İki günlük həbs edilən sürücü “Gelandewagen” və daha dörd avtomobil ilə toqquşub.
Moskvanın meri Sergey Sobyanin qəzaya düşüb.
“Mercedes C180” markalı avtomobili idarə edən sürücü idarəetməni itirərək “Skoda Fabia” və “Kia Rio” markalı avtomobillə toqquşub.
Zərbə nəticəsində avtomobil qarşı yola çıxaraq Moskvanın meri Sergey Sobyaninin “Mercedes S500” markalı zirehli avtomobilinə dəyib, daha sonra meri müşayiət edən “Mercedes Gelandewagen” və “Mercedes E200” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində Sergey Sobyanin xəsarət almayıb. Lakin o avtomobildən düşərək digər, zərbə almayan avtomobilə əyləşərək hadisə yerini tərk edib.
Məhkəmə sürücünün vəsiqəsini məhdudlaşdırıb və iki günlük həbs qərarı çıxardıb.(oxu.az)