Mercedes-Benz ML yenilənib

media-hightechnic-468x90

311136Expression Motorsport şirkətində çalışan belçikalı tünerlər Mercedes-Benz ML (kuzov W166) krossoveri üçün özlərinin hazırladıqları aerodinamik asmanı yeniləyiblər. Yenilənmiş bodi-kit R2Z adlanır və əsasən bir qədər dəyişdirilmiş elə əvvəlki hissələrdən ibarətdir. Şəkildə gördüyünüz avtomobil həm də yeni təkər kompleksi və əlavə işıqdiod texnikası ilə də təchiz edilib. Bu səbəbdən yolsuzluq avtomobili daha idmançı və eksklüziv təsir bağışlayır.

n çox dəyişən qabaq bamperdir. Mercedes ML həmçinin fərqli kapota, 22 düymlük təkər disklərinin yerləşə bilməsi üçün təkər tağları genişləndiricilərinə və fərqli arxa bamperə sahibdir. Arxada yeni işıqdiod duman əleyhinə fənərlər və xaricetmə borularının yeni sonluqları avtomobilin idman modeli olduğunu göstərir.

(news.milli.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600