Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Mərhum baş redaktorun xanımı Vüqar Səfərlini və komandasını ifşa etdi

Reklam: Sinerji Pro
“Bu gün “Oxu Məni” qəzetinin yaranmasından 22 il ötür. 22 il öncə 25 yaşlı bir oğlan layihəsi ilə Azərbaycan mətbuatına yeni nəfəs gətirdi. Baş redaktor kimi nəşr etdirdiyi “Oxu Məni” qəzeti çağdaş media məkanında öz yeri olan bir mətbuat orqanı oldu. Mətbuata dair fikir və mülahizələrini özündə saxlamadı. O vaxt redaksiyamızda bizimlə çiyin-çiyinə çalışan, indi isə respublikanın bir çox tanınmış yazıçı və jurnalistlər, ictimai xadimləri olmuş insanlara aşıladı”.
Yenicag.az Dominant.az-a istinadən xəbər verir ki, bunu mərhum jurnalist, “Oxu Məni” qəzetinin baş redaktoru Natiq Qocamanın həyat yoldaşı Könül Aypara bildirib.
K.Aypara əvvəlcə qəzetin keçdiyi yola nəzər salıb, bu yolda N.Qocamanın misilsiz xidmətlərini vurğulayıb:
“O, qısa zaman kəsiyində böyük bir ailə yarada bildi. Qələm əhlindən ibarət ailə! Hansı ki, gecə-gündüz qəzetin səhifələri üzərində çalışdılar. İndiki komfortdan fərqli olaraq, o zaman qəzet ərsəyə gətirmək böyük qüc-qüvvə və zaman tələb edirdi. Səhər tezdən işə gəlib, gecə evə qayıtmağımız var idi. Yorğun, yuxusuz, amma qürur, rahatlıq, əzmkarlıq hissi ilə! Ən əsası, alnımız açıq idi. Kimsənin yanında boynu bükük, üzü qara, şərəfsiz olmadıq. O, buna imkan vermirdi, şərait yaratmırdı. Halal zəhmətimizlə dolanırdıq. Qarşımıza maneələr çıxsa da, baltalansaq da, yürüdüyümüz yolda dost-düşmən “badalağına” rast gəlsək də, büdrəyirdik, amma yıxılmırdıq. Çünki bizi belə öyrətmişdi Baş redaktorumuz: “Millətlərin tərəqqisində, milli şüurun oyanışı və milli özünüdərk prosesində, dünya sivilizasiyasından yararlanmasında mətbuatın özünəməxsus yeri var. Mətbuatın cəmiyyətin bütün strukturlarına təsiri o qədər güclüdür ki, onu IV hakimiyyət kimi qiymətləndirməyə bir kimsə etiraz etmir, hətta dövlətin hakimiyyət kimi bölgüsündə onun yerini ilk sıralarda göstərirlər. Mətbuat “xalqın görən gözü, eşidən qulağı, danışan dili”dir. Azərbaycan xalqının milli dirçəliş yoluna qədəm qoyması, dövlət və dövlətçilik ideyalarının formalaşması, ictimai münasibətlərə hazırlanmasında milli mətbuatın rolu böyük və əvəzolunmazdır”.
Həftənin iki günü qəzet buraxılışıdan sonra iclas keçirirdi. Göz gəzdirdiyi məqalələr haqda danışdıqdan sonra jurnalistlərə məsləhətlərini verirdi. Hər zaman sonuncu cümləsi “Nə edirsinizsə edin, şərəflə yaşayın, rüşvətə uymayın, pul insanı ucaltmır” deməyi unutmurdu. Ən möhtəşəm frazası isə, “OXU MƏNİ” QƏZETİ SARI MƏTBUAT DEYİL! KÖŞKLƏRDƏ, PİŞTAXTALARDA QALIB SARALAN QƏZETLƏRDƏN FƏRQLİ OLARAQ”.
Söhbət “Oxu Məni” qəzetinin yaradıcısı, həmtəsisçisi və hər zaman Baş redaktoru kimi tanınan Natiq Qocamandan gedir. “Oxu Məni” qəzetini belə yaşatdı mənim yoldaşım – şərəflə, ləyaqətlə, namusla, zəhmətlə! İllərlə halal “reklam gəlirləri” kimlərsə tərəfindən yeyildi, qəzetinin adından istifadə edənlərə göz yumdu, verilən rüşvət təkliflərindən boyu qaçırdı. Dostluq, qohumluq xatirinə. Başqalarından fərqli olaraq, o, bu kimi dəyərləri qoruyub saxlayırdı”.
Mərhum jurnalistin həyat yoldaşı daha sonra Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun keçmiş rəhbərliyinin ünvanına bəzi ittihamlar irəli sürüb:
“Biz “Oxu Məni” qəzetini yaşatmaq üçün ailəvi şəkildə canımızı fəda etdik. İşdən evə gələndə də müzakirələr aparırdıq. “Oxu Məni” canımıza hopmuşdu. Nəinki ailə üzvümüzə, həyatımızın bir parçasına çevrilmişdi. Ta ki, keçmiş KİVDF-nun caynağına keçənə kimi. Kimlərsə qəzetin gəlirlərini mənimsəmək üçün “boğazımızın ipini” Vüqar Səfərlinin əlinə keçirdi. Bununla da illərlə diş-dırnaqla qazandığımız yerlə-yeksan oldu!
Əvvəla, “gözü doymayanların” acgözlüyü sayəsində bir-bir dəyərli işçilərimizi itirməyə başladıq. Gəlir olduğu halda, 5 dəsmalla ağlayanlara görə maaşlar azaldıldıqca peşəkar işçilər bizimlə bir-bir vidalaşırdılar. Bu, çox ağrılı idi. Natiq Qocaman söz sahibliyindən çıxmamışdı. Sadəcə olaraq süni yaradılan iqtisadi vəziyyət fakt kimi qarşıya qoyulurdu. Yeyib-talandığından qəzetin büdcəsi boşalmışdı!
“Bazar” başlandı! Guya qəzetə yardım verilirdi. Amma o yardım nə redaksiyaya, nə həmtəsisçi kimi Natiq Qocamana, nə də ailəmizə gəlib çıxmırdı ki, çıxmırdı. “Oxu Məni”nin adı siyahıda çıxar-çıxmaz gəlir havada bölünürdü artıq. Kimlər tərəfindən, necə, nə cür, bunlar hələlik məndə qalsın. Amma hələlik.
Yardım verildikcə Natiq Qocaman çəkildi kənara, aldı halal zəhmətinin qarşılığını, dolandırdı ailəsini. Bu, illərlə belə davam etdi. Sona kimi. Onun sonuna çıxana kimi. Bəli, onu o vəziyyətə ətrafı gətirdi. Dost sandıqları, yaxın bildikləri, duz-çörək kəsdikləri. Bunları da hələlik özümdə saxlayıram”.
“Mən heç vaxt zarıldamağı xoşlamamışam. İl yarımdır ki, gözləyirəm. “Oxu Məni”nin yaradıcısını, sözün hərfi mənasında, “öldürüb”, haramçılıqla qazanc əldə edənləri kənardan izləyirəm. İki kəlməni yan-yana qoyub danışa bilməyənlərin, xuliqanlıq maddələri ilə həbsxanalarda yatanların, narkotik maddə aludəçisi olan bəzilərinin indi ad-soyadının qarşısına “jurnalist”, “Baş redaktor”, “redaktor” yazdıqlarını izləyirəm. Bunu da hələlik izləyirəm… İstədiyinizə nail olacağınızı düşünürsünüzsə, yanılırsınız. Saxta möhür, saxta imzalar və fırıldaq əməllərinizin bir şahidi həyatda yoxdursa, mən varam. Lazımi orqanlara müraciət etməyimə lap az qalıb. Hələlik…
“Oxu Məni” indi can üstündədir. Onun ölümünü izləmək çox ağrılıdır. İllər öncə Baş redaktor Natiq Qocaman sayəsində bütün respublikaya səs salan, rekord sayda tirajlanan, keçmiş KİVDF-nin heyəti ilə əlbir olmuş “reket əllərlə” boğulan “Oxu Məni”… Sənin son nəfəslərindir… Ölümünlə bağlı heç nə yazmayacağam. Amma bu gün 22 illiyindir. Ad günün mübarək, doğmam!”, – deyə K.Aypara əlavə edib.
O, daha sonra vurğlayıb: “İl yarım öncə Natiq Qocaman komaya düşəndə yardım üçün ölkə rəhbərimiz cənab Prezident İlham Əliyevə müraciət etmək məcburiyyətində qalmışdım. Mərkəzi Klinik Xəstəxanaya günlük ödəniş 1000 manata kimi başa gəlirdi. Ailəcə ayaq üstündəydik. Ödəməyə də hazır idik. Komada qaldığı 23 günün pulunu verirdik. Gözümüzə heç nə görünmürdü o günlərdə. Lakin onu xarici ölkəyə aparmaq lazım idi… Müraciətdən sonra çox güman ki, Əli Həsənov KİVDF-yə göstəriş verdi. Vüqar Səfərli yalnız müraciətdən sonra Natiqlə maraqlanmağa başladı. Amma KİVDF-dan bizə heç bir maddi yardım ayrılmadı. Kimə, harda nə deyibsə, bu məsələ ilə bağlı fonddan nə qədər hesab çıxarılıbsa, həmin pulu yenə də kimlərlə bölüşdürübsə bilmirəm, bizə, ailəmizə, xəstəmizə məhz KİVDF-dən heç bir gəlir ayrılmayıb!
İl yarımdır ruhu göylərdə olan həyat yoldaşıma “dost”, “həmkar”, “şərik” deyənlər, özü bu həyatda olmasa da, izi qalıb. Heç birinizin nə imzası, nə möhürü çatmaz ki, bu izi doldursun. “Oxu Məni” qəzetinin bir redaktoru olub – Natiq Qocaman! O yoxdursa, demək ki, qəzet də yoxdur! Qəzet yoxdursa, siz də yoxsuz. Xam xəyallara uymayın. Natiq Qocamanın 22 ildir mətbuatda külüng döyən həyat yoldaşı, iki azyaşlı övladı var. Bu qədər. Amma yenə deyirəm, hələlik bu qədər.
Bu arada, Vüqar Səfərli ilə yanaşı yaxın ətrafı da yoxlanılmalıdır. Avropaya axan pullar, Ukraynaya gedən yollar ictimaiyyətə də maraqlı olacaq, lazımi orqanlara da”.

www.yenicag.az

228