Mərhum Xalq artisti Ağaxan Salmanlının doğum günüdür.
Gənc Tamaşaçılar Teatrının əməkdar artistləri aktrisa Şəfəq Əliyeva, aktyorlar – Elnur Hüseynov, İlham Əsədov, Müsfiq Əliyev mərhum aktyoru yad etmək üçün onun ailəsinə baş çəkib, eyni zamanda məzarını ziyarət ediblər.
Nəvəsi Ləman Ələsgərli babası ilə bağlı xatirələrini Yenicag.az-a danışıb.
Onu da qeyd edək ki, aktyor ilk nəvəsi olan Ləmanın toyunda iştirak edib, səhəri günü həyatla vidalaşıb.
“Babamla o qədər gözəl xatirələrimiz var ki… Hər dəfə onun teatrdan qayıtmasını səbirsizliklə gözləyirdim. Zamanımın çoxunu babamla keçirirdim. Modelyer -dizayner olmağı sevirdim. Bir dəfə babamla kiçik səhnəcik hazırladım. O tamaşaçı kimi məni səhnədə alqışlayırdı. Səhnəyə çoxlu gül-çiçək atırdı. Həmişə məni dəstəkləyirdi. Bu olanlar sonradan gerçəyə çevrildi. Babamın teatrdakı məşqlərində çox olurdum, o anlar mənim üçün çox dəyərlidir. O xatirələr indi məni yaşadır”.
Cəvahir
www.yenicag.az