Mərkəzi Bank iki investisiya şirkətinə icrası məcburi göstəriş verdi

media-hightechnic-468x90

Azərbaycan Mərkəzi Bankı (AMB) “CPM-İnvest İnvestisiya Şirkəti” QSC və “Troni İnvestisiya Şirkəti” QSC-yə icrası məcburi göstəriş verib.

Yenicag.az xəbər verir ki, bu barədə AMB-dən bildirilib.

Məlumata görə, AMB tərəfindən aparılmış tematik yoxlamalar çərçivəsində “CPM-İnvest İnvestisiya Şirkəti” QSC və “Troni İnvestisiya Şirkəti” QSC tərəfindən “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nın tələblərinə tam əməl edilmədiyinə görə İnvestisiya şirkətlərinə xəbərdarlıq edilib və pozuntuların ən qısa zamanda aradan qaldırılması üçün icrası məcburi göstəriş verilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600