Mərkəzi Bankdan problemli kreditlərlə bağlı AÇIQLAMA

media-hightechnic-468x90
2021-ci ilin yanvar ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 893,1 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 29,8% azdır.

Yenicag.az Azərbaycan Mərkəzi Banka (AMB) istinadən xəbər verir ki, yanvarın 1-nə ölkədə problemli kreditlərin ümumi kredit portfelindəki payı 6,15% təşkil edib. Bu, 2015-ci ilin aprel ayından bəri (6,10%) ən aşağı göstəricidir. Bu müddət ərzində problemli kreditlərin payının maksimumu 2017-ci ilin noyabr ayında qeydə alınıb (ümumi portfelin 15,46%-i).

Qeyd edək ki, problemli kreditlərin 26,8%-i xarici valyutadadır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600