Mərkəzi Bankın 435 milyonluq yeni binası təhvil veriləcək

media-hightechnic-468x90

Mərkəzi Bankın torpaq, binalar, avadanlıqlar və nəqliyyat vasitələrini əhatə edən aktivlərinin ümumi dəyəri 676 milyon 988 min manata çatıb.

Yenicag.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Mərkəzi Bank qeyd edib.

Məlumata görə, əsas vəsaitlərə il ərzində edilən əlavələr 196 milyon 891 min manat təşkil edib.

Bunun da əsas hissəsi – 195 milyon 557 min manat – başa çatdırılmamış tikililər kateqoriyasına aiddir. Bu göstərici, Nizami rayonunda yerləşən yeni inzibati binanın tikintisinə və digər tikinti layihələrinə çəkilən xərcləri əhatə edir.

Məlumata görə, yeni inzibati binanın inşası üçün 434 milyon 703 min manatlıq müqavilə bağlanıb. Əlavə olaraq 42 milyon 735 min manat digər təşkilatlarla müqavilələr əsasında xərclənib. 2025-ci ildə binanın təhvil verilməsi üçün nəzərdə tutulan əlavə işlərin dəyəri 153 milyon 883 min manat təşkil edir.

Yeni binanın layihə və tikinti işlərinə 2021-ci ildə başlanılıb. Layihəni Türkiyənin “Tekfen Holding” şirkəti, törəmə şirkəti “Tekfen İnşaat” icra edir. Qeyd edək ki, binanın tamamlanma tarixi əsas müqavilənin əhatə dairəsinə əlavə edilən əlavə işlərlə əlaqədar olaraq 2025-ci ilin avqust ayına qədər yenilənib. Türkiyə tərəfinin məlumatına görə, layihə üzrə işlərin 84,1%-i tamamlanıb.

Xatırladaq ki, hündürlüyü 163,8 metr olan Mərkəzi Bankın yeni binasının sahəsi 35 min 737 kvadratmetrdir. Layihənin müəllifi Avstriyalı Coop Himmelblaudur. O eyni zamanda Frankfurtdakı Avropa Mərkəzi Bankının dizaynını da hazırlayıb. İcraçı tərəf layihənin məbləğinin 218 milyon avro olduğunu açıqlayıb. Bu da manat ekvivalentində 419 milyon 868 min AZN deməkdir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600