Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Mərkəzi Bankın kapitalında AZALMA: 1,9 milyard manat hara xərclənib? – İqtisadçının ŞƏRHİ

“Borc Təminat Fondu dövlət büdcəsinin ayrılmaz hissəsidir və onun icrasına dair məlumatlar müntəzəm açıqlanmalıdır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Mərkəzi Bankın açıqladığı illik maliyyə hesabatını şərh edən iqtisadçı Rövşən Ağayev bildirib.

Rövşən Ağayevin sözlərinə görə, hesabatda diqqət çəkən əsas məqam 2019-cu ildə Mərkəzi Bankın kapitalında 1,974 milyard manat azalmanın qeydə alınmasıdır:

“Bu azalmaya səbəb 2018-ci ildə kapitala aid edilən bölüşdürülməmiş mənfəəti hesabına qeyd olunan məbləğdə vəsaitin dövlət büdcəsinin borclar üzrə Təminat Fonduna köçürülməsidir.

Son 4 ildə Mərkəzi Bankın mənfəəti hesabına ən azı 5 milyard manat vəsait bu Fond vasitəsilə dövlət borclarının qaytarılmasına yönəldilib. Mərkəzi Bank haqqında qanunun 12-ci maddəsinə edilmiş dəyişikliklə bu məsələyə hüquqi əsas yaradılıb. Lakin yaxşı olar ki, bu məsələdə şəffaflıq tam təmin edilsin”.

İqtisadçının fikrincə, bu məsələyə aid prosedurlar barəsində açıq məlumat verilməsinə ehtiyac var:

“Borc Təminatı Fonduna hansı mənbədən nə qədər vəsait daxil olduğu, hansı şirkətə nə qədər məbləğ üçün dövlət zəmanəti verildiyi, hansı şirkətin borcları qaytara bilmədiyinə görə vəsaiti Fondun qaytarması, il ərzində Fonddan nə qədər xərcləndiyi və nəhayət ilin sonuna sərəncamında qalan resursların yekun məbləği barədə məlumatlar verilə bilər.

Büdcə sistemi haqqında qanuna görə, Təminat Fondu dövlət büdcəsinin ayrılmaz hissəsidir. Büdcə icrası ilə yanaşı, onun da icrasına dair məlumatlar müntəzəm açıqlanmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

851
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100