!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirildi

!Reklam – Yazi

Noyabrın 3-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) AZ2027024705 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Yenicag.az-a bildirilib ki, hərracı zamanı 14 investor tərəfindən qiymət intervalı 97.4089 (5.7 faiz) manat və 97.9075 (4.58 faiz) manat olan 20 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 75 milyon 257 min 400 manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 97.7422 manat (4.95 faiz) və orta ölçülmüş qiyməti 97.8176 manat (4.78 faiz) manat olaraq müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib.

Notlar gələn il aprelin 20-də ödəniləcək. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20 faizinə qədər artırıla bilər.

Həmin gün Mərkəzi Bankın AZ2028024704 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 252 gün notlarının yerləşdirilməsi üzrə hərrac baş tutub. Hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 95.6480 (6.50 faiz) manat və 96.6970 (4.88 faiz) manat olan 21 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 72 milyon 586 min 500 manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 96.4552 (5.25 faiz) manat və orta ölçülmüş qiyməti 96.5448 (5.11 faiz) manat olaraq müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Notlar 2023-cü il iyulun 13-də ödəniləcək.

www.yenicag.az

356
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv