Merts ABŞ və İsraili müharibəni dayandırmağa çağırdı
Almaniya Kansleri Fridrix Merts ABŞ və İsraili İrana qarşı münaqişəni başa çatdırmaq üçün strategiya hazırlamağa çağırıb.
Yenicag.az xəbər verir ki, kansler bu barədə Norveçə səfəri zamanı bildirib.
“Hər gün müharibə daha çox sual doğurur, nəinki cavab verir. Hər şeydən əvvəl aydın olur ki, inandırıcı plan lazımdır. Bu müharibəni necə bitirmək barədə strategiya lazımdır”, – Merts qeyd edib.
“Biz sonsuz müharibədə maraqlı deyilik. İranın ərazi bütövlüyünün, dövlətçiliyinin və iqtisadi dayanıqlılığının dağıdılması bizim üçün də ən ciddi nəticələrə səbəb ola bilər”, – kansler vurğulayıb.
Eyni zamanda, Merts ABŞ və İsrailin hücumlarına cavab olaraq İranın qonşu ölkələrdəki obyektlərə zərbələrini, həmçinin Hörmüz boğazının bağlanması ilə bağlı xəbərdarlıqları bir daha qətiyyətlə pisləyib.













