Məscidi yandırdı

media-hightechnic-468x90

79b5a9e52ea8225db101ac8191c6febb (1)İsveçin Eskilstuna şəhərində naməlum şəxs məsciddə yanğın törədib.

Bu barədə Expressen nəşri məlumat yayıb.

Məlumata görə, insident İsveçdə miqrasiya ilə bağlı gərgin diskussiyalar fonunda baş verib.

Hadisənin baş verdiyi məscidin yaşayış binasının birinci mərtəbəsində yerləşdiyi bildirilir. Yanğın baş verən an məsciddə 20-dək dindar olub.

“Hadisə şahidinin sözlərinə görə, naməlum şəxs binaya yaxınlaşaraq yandırıcı maye ilə dolu əşyanı pəncərədən içəri atıb. Bundan dərhal sonra yanğın başlayıb”, deyə şəhər polisinin mətbuat katibi Lars Fransell bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində, 5 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı hələlik heç kim saxlanılmayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600