Meşədə ağac kəsintisi ilə bağlı araşdırma aparıldı

media-hightechnic-468x90

İsmayıllı rayonu, Buynuz kəndindəki meşədə ağacın kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Xidmətin rəsmisi Bəhruz Məhəmmədov Yenicag.az-a bildirib ki, araşdırma zamanı sözügedən ərazinin Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin Qalınçaq meşəbəyliyi olduğu və qurumuş bir ağacın kəsildiyi müəyyən edilib.

O qeyd edib ki, ərazidəki bioloji inkişafdan qalaraq quruyan və küləkli hava şəraitində aşma təhlükəsi olan qurumuş bir ağac kəsilərək İsmayıllı rayonunun qazlaşdırılmamış kəndlərinin əhalisinin oduncaq tədarükü üçün istifadə olunacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600