Tehranda qanlı OYUN: "İran xalqını öz tamaşası ilə aldatdı"
“İran molla rejimi şah nümayəndəsinin hakimiyyətə nə dərəcədə yaxınlaşa biləcəyini ölçmək üçün geniş mitinq görüntüsü yaratdı.”
Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib. Şərhçi saytımıza açıqlamasında iddia edib ki, İranda baş tutan genişmiqyaslı etiraz aksiyaları hökümətin özünün qurduğu ssenari idi:
“İranda baş verənlər fars-molla rejiminin xarici və daxili terror qruplaşmaları ilə birlikdə xalqın gözünü qorxutmaq üçün körükləndirdiyi hadisələrdir. Hiss olunur ki, bu hadisələrin arxasında birbaşa İran rejiminin özü dayanıb. Görünür, başa düşüblər ki, artıq divarın sonu gəlib, gedəcək bir yerləri yoxdur, xalqın gec-tez ayağa qalxıb bunları devirəcəyini anladıqları üçün molla rejimi özü belə bir tamaşa tərtib edərək milyonlarla insanı öz tamaşasına aldatdı.”
A. Həsrət aksiyalar zamanı 30.000-ə yaxın insanın öldürüldüyünü qeyd edib:
“İranda məhdudlaşdırılan internet bərpa olduqdan sonra minlərlə insanın, bəzi məlumatlara görə 30.000-dən insanın öldürülməsi xəbəri gəlir. Hazırki rejim xalqın gözünü qorxutmaq və hakimiyyətə iddialı olan şah rejiminin nümayəndəsinin hökümətə gəlməyə nə qədər yaxınlaşa biləcəyini ölçmək üçün bu ssenarini qurmuşdu. Anladılar ki, bu yolla şah rejimi bərpa olunmayacaq amma bir şeyi unutdular. Məsələ ondadır ki, fars-molla rejimi bu əzazillikdən sonra uzun müddət hakimiyyətdə qala bilməyəcək. Onlar bir növ Suriya variantını seçdilər amma Suriyada məsələlərin gec-tez xalqın istəyi ilə yekunlaşdığını da nəzərdən qaçırdılar. Bu baxımdan düşünürəm ki, rejimin bu tamaşası özünün əleyhinə çevrildi və xalq gec-tez qalxıb sözünü deyəcək.”
Nurlan Cəfəri












