Azərbaycanla İsrail memorandum imzaladı

media-hightechnic-468x90

Azərbaycanın Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə İsrailin İstehsalçılar Assosiasiyası (MAI) arasında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə Yenicag.az-a Konfederasiyadan məlumat verilib.

Sənəd Azərbaycan-İsrail biznes forumu çərçivəsində imzalanıb.

Sənədi Azərbaycan tərəfdən ASK prezidenti Məmməd Musayev, İsrail tərəfdən isə MAI-ın sədrinin müavini Natanel Hayman imzalayıblar.

Bu sənədlə iki ölkə arasında biznes missiyalarının səfərlərinin təşkili, qarşılıqlı investisiyaların yatırılması ilə bağlı araşdırmalar, B2B görüşlərin keçirilməsi, özəl sektor arasında fikir mübadiləsinin həyata keçirilməsi və sair əməkdaşlıq istiqamətləri nəzərdə tutulur.

Xatırladaq ki, bu gün İsrailin xarici işlər naziri Gideon Saarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa