!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Meşədə çətənə kolları əkən şəxslər saxlanıldı - Xaçmazda

!Reklam – Yazi

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş 60 ədəd çətənə kolları aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Yenicag.az-a verilən məlumata görə, iyunun 5-də Xaçmaz RPŞ-nin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayon Qarğalıq kəndinin ərazisində olan meşəlik ərazidə şəhər sakini, əvvəllər məhkum olunmuş Seyfəl Xasməmmədov və tanışı Tofiq Zeynalovu iş başında yaxalayıblar. Belə ki, adı çəkilən şəxslər həmin ərazidə xüsusi aqrotexniki qaydada qulluq etdikləri külli miqdarda narkotik xassəli çətənə – Kannabis bitkilərinə qulluq edən zaman saxlanılıblar. Hal şahidlərinin iştirakı ilə sahəyə baxış zamanı oradan hündürlüyü 20-60 sm olan kultivasiya yolu ilə yetişdirilmiş 59 ədəd çətənə kolları aşkar edərək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq Seyfəl Xasməmmədovun evinə baxış keçirilən zaman oradan hündürlüyü 80 sm olan kultivasiya yolu ilə yetişdirilmiş 1 ədəd çətənə kolu da aşkar olunub.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub, narkotik bitkilərin ümumi çəkisinin 2300 qr olması barədə rəy verilib.

Dindirilmə zamanı həmin şəxslər qabaqcadan əlbir olduqlarını, meşəlik ərazidə insan sıxlığının olmadığından narkotik vasitələri orada əkib becərdiklərini və satış məqsədilə qulluq etdiklərini bildiriblər.

Faktla bağlı araşdırmalar aparılır.

www.yenicag.az

4033
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv