Məşəl sabah paytaxta çatdırılacaq – Fotolar

media-hightechnic-468x90

2ac1a4c99a6275b40041c89b6fd32c81Bakı 2015 alovunun Birinci Avropa Oyunlarının keçiriləcəyi şəhərə daxil olmazdan əvvəl son dayanacağı bu gün Qobustan Milli Parkı olub.

media-banner_tuq

Birinci Avropa Oyunlarının Əməliyyat Komitəsindən verilən məlumata görə,
Qobustan Milli Parkında arxeoloji muzeyin qarşısından estafetin paytaxtdan kənar son mərhələsi başlanıb. 1,8 km-i əhatə edən yürüşü «Sabahin alimləri» müsabiqəsinin qalibi, tarix fənni üzrə olimpiadanın qalibi, Heydər Əliyev-92 inşa müsabiqəsinin qalibi Səbinə Qədirova başlayıb.

Yürüşü yol üzərində qurulmuş səhnəyə çıxaraq, Bakı 2015-in daha bir çırağını alovlandıran beynəlxalq müsabiqə laureatı, prezident təqaüdçüsü Leyla Zeynalova başa çatdırıb.

Bakı 2015-in Milli parka hədiyyəsi olan çırağı Qobustan Milli Tarix-Bədii Qoruğunun bələdçisi Nərmin Hüseynli muzeyə təqdim edib.

Qeyd olunub ki, Bakı 2015-in məşəli paytaxta üz tutmağa hazırdır. Sabah alov paytaxt Bakıya çatdırılacaq və iyunun 12-dək – Birinci Avropa Oyunlarının tarixi açılış anı başlayana qədər paytaxtın gəzməli-görməli yerləri ilə tanış olacaq.

Mərasim Bakı 2015-ə həsr olunmuş bədii proqramla davam etdirilib(apa).

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05