Məşəli bu şəxslər daşıyacaq

media-hightechnic-468x90

2034b27317899f53b7b18dc4bce78da5Bu gün birinci Avropa Oyunlarının məşəlini daşıyacaq məşhurların adları məlum olub.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, məşəl bu gün Velo Parkdan başlayaraq Kristal Holla kimi daşınacaq.

Velo Parkda məşəli “Kim, harada, necə” intellektual oyununun qalibi Balaş Qasımov, Bakı Su İdmanı Mərkəzində sinxron üzgüçülük komandasının üzvü Yatyana Nikitina və Yekaterina Valiulina, Basketbol Arenada isə veteran basketbolçu Elxan Əliyev daşıyacaq.

Məşəli daşıyanlar arasında Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov, aktyor Tahir İmanov, güləşçi Mariya Standik, bədii gimnastika üzrə ikiqat Azərbaycan çempionu Marina Durunda , Azərbaycan Republikasının Gənclər Təşkilatlarının Milli Şurasının sədri Şahin Seyidzadə, London Olimpiadasının bürünc medalçısı Məhəmmədrəsul Məcidov da var.

Məşəlin bu gün daşınacaq istiqaməti isə BMX Velo Park, Su İdman Mərkəzi, Basketbol Arena, Dağ velosipedi idmanı, Bilgəh çimərliyi, Heydər Əliyev adına saray, Milli Gimnastika Arenası, Tofiq Bəhrəmov adına Respublika Stadionu və Kristal Holl olacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600