Məşğulluq mərkəzində növbəti tədbir

media-hightechnic-468x90

indir (1)Gəncə Şəhər Məşğulluq Mərkəzində əhalinin işlə təminatı sahəsində mövcud vəziyyət müzakirə edilib.

50-yə yaxın dövlət müəssisəsinin kadrlar şöbələri əməkdaşlarının iştirakı ilə keçirilən toplantıda hazırda Gəncədə fəaliyyət göstərən 800-dən artıq müəssisədə 163 minə yaxın insan çalışdığı bildirilib. Diqqətə çatdırılıb ki, şəhər məşğulluq mərkəzində 3119 nəfər iş növbəsində dayanıb. Onlardan 588 nəfərinə rəsmi işsiz statusu verilib. Müəssisələrdən alınmış aylıq hesabatlara əsasən, hər il minlərlə sakin işlə təmin edilir. Təkcə bu ilin 10 ayı ərzində 497 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunub.

Toplantıda o da vurğulanıb ki, bəzi müəssisələr şəhər məşğulluq mərkəzinə boş iş yerləri haqqında bildiriş və hesabatlar göndərmirlər. Cari ildə aparılan araşdırma zamanı 21 müəssisəyə qayda pozuntusuna görə cərimə sanksiyası tətbiq edilib, 20 müəssisəyə bildiriş, 23 müəssisəyə isə xəbərdarlıq məktubu göndərilib.

Tədbirin sonunda əhalinin işlə təminatı sahəsində mövcud nöqsanların aradan qaldırılması ilə bağlı müzakirələr aparılıb.

(azertag.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600