Məşhur aktyor ermənilərin filmində oynayacaq
Məşhur fransız aktyoru Alen Delon qondarma “erməni soyqırımı” haqqında çəkiləcək bədii filmdə yer alacaq.
Erməni KİV-lərinə istinadən xəbər verir ki, Rusiyadakı erməni diasporu dünya kino ulduzlarının iştirakı ilə iri büdcəli filmin çəkilişlərini maliyyələşdirəcək. Filmin prodüseri Valeri Saaryanın məlumatına görə, fransız kino ulduzu Alen Delon “Pasient” filmində baş rolu ifa edəcək.
Hadisələr XX əsrin əvvəllərində Parisdəki psixiatrik xəstəxanalardan birində cərəyan edəcək. Əsas qəhrəmanın erməni bəstəkarı Komitasın olacağı güman olunur.
Bundan başqa, dünyada məşhur olan System of a Down rok qrupunun solisti olan, “Qremmi” mükafatı laureatı Serj Tankyan filmin saundtrekini yazmağa razılıq verib.
Hələ ki, “Pasient” filminin çəkilişlərinə razılıq işləri gedir.
Alen Delondan başqa, filmin yaradıcıları “Oskar” laureatları Edrian Broudi və Dastin Hoffmanla da danışıqlar aparırlar(modern.az).