Hələ 12 yaşında olarkən fotosu National Geographic jurnalının üz qabığında çıxan məşhur “Əfqan qızı” Şərbət Gula həbs olunub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qadın saxta pasportdan istifadə etdiyi üçün Pakistanda saxlanılıb.
Pakistan Federal Araşdırma mərkəzi Gulaya saxta pasport verən 3 pakistanlının isə axtarışda olduğunu açıqlayıb.
Hazırda 44 yaşı olan qadının ortaya çıxan fırıldaqçılıq faktına görə 2 ildir ki axtarışda olduğu bildirilir. Cinayəti sübuta yetirilərsə onu 7 ildən 14 ilə qədər həbs gözləyir.
Qeyd edək ki, jurnalın üz qabığına ilk dəfə çəkiləndə Gulanın 12 yaşı olub.
www.yenicag.az