Məşhur futbolçu həbs edildi

media-hightechnic-468x90

kljljTürkiyənin “Qalatasaray” klubunun və Rumıniya millisinin keçmiş futbolçusu George Popesku həbs edilib. Hazırda futbol meneceri olan Popesku 3 il 1 aylıq həbs cəzasına məhkum edilib.

media-banner_tuq

Virtualaz.org saytı türk nəşrlərinə istinadən bildirir ki, buna Popeskunun transferlərdə qanunsuzluq etməyi və vergidən yayınmağı səbəb olub. O, 1999-2005-ci illərdə 12 transferdə maliyyə fırıldağına yol verməkdə günahkar bilinib.

G.Popesku futbolçu karyerası ərzində PSV, “Tottenhem”, “Barselona”, “Qalatasaray” kimi klubların formasını geyinib. O, İstanbul klubunun 2000-ci ildə UEFA kubokunu qazanmasında böyük rol oynayıb. George Popesku Rumıniya (1988), Hollandiya (1991, 1992), Türkiyə (1998, 1999, 2000) çempionudur. Rumıniya kubokunu (1988), İspaniya kubokunu (1997), Hollandiya superkubokunu (1997) qazanıb. İstanbul klubunun azarkeşləri onu klubun “canlı əfsanələri” siyahısına daxil ediblər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05