Sosial şəbəkə ulduzları sırasında yer tutan Reynmen ləqəbli müğənni Yusuf Aktaş jurnalistlərlə dava edib.
Yenicag.az xəbər verir ki, dünən gecə saat 1 radələrində sevgilisi ilə restorandan çıxan müğənnini jurnalistlər dövrəyə alıblar.
Show TV-nin müxbiri Akif Yamanın “Necəsiniz? Jurnalistlərlə çox da danışmırsınız. Bir az danışa bilərik?” suallarından sonra özündən çıxan Yusuf “Telefonları söndürün!”, – deyə qışqırmağa başlayıb.
Ardından onları kameraya çəkən jurnalistin telefonunu zorla alaraq, görüntüləri silib. Bununla sakitləşməyən “Reynmen” Show TV-nin müxbiri Akif Yamanı sillələyib.
Olaydan sonra açıqlama verən Yusuf insidentə görə peşman olduğunu deyib.
“Etdiyim hərəkətin düzgün olmadığını qəbul edirəm, amma o insanların mənə qarşı etdiklərini də unutmayın. Mən də bir çox işdə çalışmışam, heç kimin səbrini daşırmamışam”.
Həmin görüntüləri təqdim edirik:
Natavan