Məşhur professor zəlzələ ilə bağlı xəbərdarlıq etdi

media-hightechnic-468x90

Məşhur türkiyəli mütəxəssis, yerşünas Naci Görür zəlzələ ilə bağlı xəbərdarlıq edib.

Mütəxəssis zəlzələ ilə bağlı fikirlərini sosial media hesabında paylaşıb.

O, Türkiyədə dünən baş verən zəlzələni əsas gətirərək gələcəkdə bölgəni hansı fəlakətlərin gözlədiyinə diqqət çəkib:

“Samsun Taflan sahillərində 4 bal gücündə zəlzələ olub. Bu zəlzələ çox güman ki, sahilə paralel, cənuba doğru uzanan qırılma xətləri ilə əlaqədardır. Ölkəmizin sahilləri müəyyən dərəcədə şimala, dənizə doğru irəliləyir”.

Xatırladaq ki, Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) saytında yer alan məlumata görə, saat 03:10-da episentri Qara dəniz sahillərində olan 4 bal gücündə zəlzələ qeydə alınıb./Publika.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600