Keçmiş “Strictly Come Dancing” qrupunun bədii rəhbəri, məşhur rəqqas Len Qudman 78 yaşında dünyasını dəyişib.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı onun meneceri yayıb.
Keçmiş rəqs ulduzu şənbə günü ailəsi ilə birgə dincərkən qəfil halı pisləşib. İlkin tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, Len Qudman uzun müddətdir ki, sümük xərçəngindən əziyyət çəkirdi. Onun məhz bu xəstəlik nəticəsində vəfat etdiyi ehtimal olunur.
Qeyd edək ki, 19 yaşında peşəkar rəqs fəaliyyətinə başlayan Qudman, 20 yaşında Britaniya Çempionatını qazanıb. Bundan sonra o, müəllim və xoreoqraf kimi çalışıb. O, həmçinin 15 ildən çox “Ulduzlarla Dans” verilişində baş münsif kimi çalışıb. Rəqsdə əldə etdiyi uğurlarına görə “Karl Alan” mükafatı ilə təltif edilib.
Sadiq Cavadov
www.yenicag.az