Bu gün “Eşkiya dünyaya hökmdar olmaz” serialının izləyiciləri şok yaşayıb.
Yenicag.az xəbər verir ki, serialın yeddinci sezonunun ilk bölümünün bu gün efirə gedəcəyi gözlənilsə də, yayınlanmayıb. Serialın anonsu da kanalın səhifəsindən silinib.
“Twitter”də trend olan #EDHO həştəqi ilə buna etiraz edən izləyicilər serialı tələb etsələr də, bu barədə rəsmi açıqlama verilməyib.
Ancaq jurnalist Birsen Altuntaşın verdiyi məlumata görə, buna səbəb ATV kanalın iıə serialı çəkən şirkət arasında yaşanan problemdir. Jurnalist kanalın serialı çəkən şirkətlə anlaşmaya əməl etmədiyini, bunun üçün də serialın yeni bölümünün kanala təqdim edilmədiyini qeyd edib. Onun sözlərinə görə, kanaldan tələb etdikləri imtiyazı əldə edə bilməyən serialı çəkən şirkət “biz bu işi bitiririk” deyərək, geri addım atmayıb.
Qeyd edək ki, serialın yeni bölümünün bu gün efirə gedəcəyi barədə anonslar son günə qədər yayımlanırdı.
www.yenicag.az