Nəhəng şirkətlərin bir qismi suni intellekt sisteminə keçid edir. Belə ki, ötən illərə kimi ənənəvi stildən istifadə etsələr də, hal-hazırda bunun müasirlikdən uzaq olduğunu düşünürlər.
Yenicag.az xəbər verir ki, “Alibaba”, “Amazon”, “Microsoft”, “Salesforce” kimi tanınmış şirkətlər artıq bununla bağlı danışıqlar aparıb. Sözügedən qurumlar texnologiya kompaniyaları ilə müqavilə imzalayıb.
Bu prosesə keçid etməyin həm səbəbləri, həm də müsbət cəhətləri çoxdur. Məsələn, insanların hər hansısa bir şirkətdən şikayəti olduqda müştəri xidmətlərinə, ən yaxşı halda onlayn çata müraciət edir. Sözsüz ki, bu da vaxt aparan prorsesdir. Lakin süni intellektlə fəaliyyət göstərən şirkətlərdə vətəndaşların suallarını robotlar cavablandırır.
Qeyd edək ki, ölkəmizdə də müxtəlif şirkətlərə aid çat botlar fəaliyyət göstərir. Amma fərq bundadır ki, Azərbaycandakı çat botları da insanlar idarə edir. Yəni bota ünvanladığınız sualları robotlar yox, adi işçilər cavablandırır.
Şahanə Paşa
www.yenicag.az