Bakıda ilk dəfə İtaliya layihəsi “Celentano Tribute Show” nümayiş etdiriləcək.
Yenicag.az xəbər verir ki, fevralın 13-də Heydər Əliyev Sarayında baş tutacaq konsert proqramı əfsanəvi dünya ulduzu Adriano Çelentanonun 80 illik yubileyi şərəfinə keçiriləcək.
Əfsanəvi Adriano Çelentanonun ən sevilən hitləri və performansları Maurizio Schweizerin ifasında Azərbaycan tamaşaçısına təqdim olunacaq. Maurizio Schveizer mükəmməl aktyor və müğənni Adriano Çelentanonun “rəsmi əkiz”idir. Bu şou sevimli italyan sənətkarın ən yaxşı mahnılarını eşitmək üçün əla şansdır.
Bundan başqa, şou ABŞ teatrlarında da böyük uğurla nümayiş etdirilir. Fransa, Ukrayna, İspaniya, Latviya, Türkiyə, Qazaxıstan, Almaniya, Moldova və sair ölkələrdə də uğur qazanan şou ilk dəfə Azərbaycanda tamaşaçılara təqdim olunacaq.
Cəvahir