Qumral AÇIQ VERDİ: “Qadında “idi ko mne” olmadısa...”

media-hightechnic-468x90

“Qadında “idi ko mne” deyilən bir şey olmalıdır. Anam demişkən, o şarm yoxdursa, nə qədər əməliyyat etdirsən də xeyri yoxdur”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Qumral “Öz aramızda” verilişində deyib.

Sənətçi tez-tez plastik əməliyyat etdirən və onu təqlid edən həmkarlarına sərt sözlər atıb:

“Adlı-sanlı müğənnilər var ki, məni təkrarlayırlar. Nə geyinirəmsə, nə edirəmsə, hamısı təkrarlanır. Nə geyinirəmsə, səhəri gün həmin paltardan geyinirlər. Mənim kimi danışırlar. Bir aydır ki, dayanmadan efirlərə, şou-proqramlara makiyajsız gedirəm. Dərzimdə eyni paltarı tikdirib geyinənlər, indən belə də efirlərə makiyajsız gəlsinlər.

Saçım qaynaq deyil, üzümdə yalnız cüzi toxunuşlar olunub. Hər qadının işi deyil ki, evdən makiyajsız çıxsın. Qadında “idi ko mne” deyilən bir şey olmalıdır. Anam demişkən, o şarm yoxdursa, nə qədər əməliyyat etdirsən də xeyri yoxdur. Biabırçılıqdır. Hamısında bədən forması eyni, qaşlar eyni…”

Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05